Təəssüf ki, "Albanlaşdırma xəstəliyi" hələ də davam edir. Xutavankı "Xudavəng" etməklə, Dadivankı "Dədəvəng" etməklə olmur bu işlər. Ciddi elmi mənbələri istinad gətirmək lazımdır. Halhazırda "Alban kilsələri" hipotezi dünyada heç bir alim tərəfindən ciddi qəbul edilmir. https://twitter.com/Anar_Karim/status/1326437397270310912
Hətta Türkiyədəki türkçü tarixçilər belə gülürlər belə söhbətlərə. Çünki azərbaycanlı tarixçilər köçəri keçmişdən utanıblar. Hamısı 60-cı illərdə başlanan "qədimlik yarışı"nın iyrənc nəticələridir. Gürcülər və ermənilər qədim idi, Ziya Bünyadov dedi ki, vabşe biz də qədimik.
İndi 2020-ci ildir, bir nəfər də demir ki, "bizim əcdadlarımız qafqazdilli xristianlar olubsa biz niyə indi türkdilli müsəlmanıq?" Türkiyəyə baxırsan öz Səlcuq kökləri ilə fəxr edirlər. Bizim xalqımız isə hələ də 60-cı illərdə başlamış bir sidik yarışının qurbanına çevrilib.
Alban dilinin bizə gəlib çatmış nümunələri Sinay monastırında Bibliya leksionariyası formasında, Mingəçevirdəki su anbarında hazırlanan vaxt qazıntılarda tapılmış kilsə qalıqlarında aşkarlanıb.
Bu dil tədqiq edilib, əlifbası deşifr edilib, təyin olunub ki, udi dilinin əcdadıdır. Udilərin Qafqazdakı ən qərbdə yaşayan nümayəndələri Tovuz rayonun Hunanlar - Krzen kəndinin sakinləri olublar. Təəssüf ki, onlar elə də tədqiq edilməyib. Nə isə, mövzudan yayınmayaq.
Dadivankın albanlığı nədədir? Onu tikdirən adam - Vaxtanq Taqevoraznın albanlığı onu alban edir, ya struktur olaraq Alban kilsəsinin bir yepiskopluğunun hissəsi olub? Yəni bu kilsəni "Alban kilsəsi" edən nədir? Bu kilsənin içindəki yazılar bu son 30 ildə yerləşdirilməyib içinə.
Çünki Sovet vaxtı da tədqiqat işləri gedib. İçindəki ermənicə yazılar qeydə alınıb. Ermənilərin tarixi irslərini inkar edib onun üzərindən xətt çəkdikcə biz erməni millətçilərini sadəcə haqlı çıxarırıq. Deyəcəklər ki, baxın bu da genosid təfəkkürü.
Ümumiyyətlə istəyirsən lap 3000 il qədim ol. Bu heç kimə əsas vermir ki, Kəlbəcərdə, Laçında və sair yerlərdə dinc yaşayan azərbaycanlıları evindən qovasan. Neyniyək? Durub gedək Monqolustana? Belə şeyləri iddia edən ermənilər də irqçidir.
Qədimlik yarışına girmək absurddur. Bəs nə etməli? Təklif edirəm ki, Erməni Qriqorian kilsəsinin Azərbaycan ərazisində fəaliyyəti təmin olunsun. Gürcü və Rus Pravoslav kilsəsi necə öz fəaliyyətini davam etdirirsə, bu da elə.
Gürcülər necə David Qarecanı ziyarət edirsə, onlar da erməni kilsələrini ziyarət edə bilsinlər. Bu kilsələrin baxımından isə Azərbaycan dövləti yox, Erməni Qriqorian kilsəsi məsul olsun. Azərbaycanlı ziyarətçilər də istəyəndə gedib görsünlər. Necə ki, Tbilisidə rahat gəzirik.
Yəni, bu kilsələrin baxımından Azərbaycan vergiödəyiciləri məsul olmamalıdır. Sözümün canı odur.
You can follow @cavidaga.
Tip: mention @twtextapp on a Twitter thread with the keyword “unroll” to get a link to it.

Latest Threads Unrolled:

By continuing to use the site, you are consenting to the use of cookies as explained in our Cookie Policy to improve your experience.